Paata İmnadze-məhdudiyyətlərin qaldırılmasına ehtiyyatlı yanaşırıq, bu vaxtadək bu şəkildə gətirdiyimiz vəziyyətin idarə edilməz hal ala biləcəyindən və bu yayı koronanın artan yeni halları ilə qarşılamaqdan qorxuruq
XNMM-in rəhbərinin müavini,Paata İmnadzenin sözlərinə görə, həqiqətən sakinlər məhdudiyyətlərdən yorulublar ,lakin bu vəziyyətin nəzarətə tabe olması üçün vacibdir.
Onun sözlərinə görə müəyyən məhdudiyyətlər qaldırılır,lakin bu istiqamətdə ehtiyyatlı addımlar zəruridir.
O,Ermənistanı nümunə olaraq gətirib və qeyd edib ki, məhdudiyyətlərin eyni vaxtda qaldırılmasından sonra, son 3 gün ərzində,Gürcüstanda virusa ümumilikdə yoluxanların sayından daha çox yoluxma halı qeydə alınıb.
Hazırladı-Sevinc Mustafayeva