Paata Imnadze - hər kəs dərhal peyvəndlənməlidir, mənim şəxsi rekomendasiyam budur ki, peyvənd olunanlar üçün heç bir məhdudiyyət olmasın, olunmayanlar üçün isə olsun
Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzin rəhbərinin müavini Paata Imnadzenin sözlərinə görə, vaksinasiya göstəricisi artmalıdır, bu isə virusu dəf etmək üçün vacibdir.
Bununla yanaşı, İmnadzenin sözlərinə görə, onun rekomendsiyası peyvənd edilmiş insanlar üçün heç bir məhdudiyyətin olmaması, peyvənd olunmayanlara qarşı isə müəyyən məhdudiyyətlər qoyulmasıdır.
İmnadzenin sözlərinə görə, o, bu barədə Koordinasiya Şurasının iclasında da bildirib.
“Proqnozların gerçəkləşməsinin qarşısını almağın və bir şəkildə əhalimizin həyatını qorumağın yeganə yolu peyvəndləmənin daha da aktivləşdirilməsidir. Bu gün demək olar ki, 21 minə qalxdıq, ötürmə qabiliyyəti 24 mindir. Peyvəndlər təxminən may ayının sonundan etibarən əlçatandır. Hər kəsin dərhal peyvəndlənməsi və məhdudiyyətlər qoyulması, peyvənd edilmiş insanlar üçün heç bir məhdudiyyətin olmaması, peyvənd olunmayanlara qarşı isə müəyyən məhdudiyyətlər qoyulması bu mənim şəxsi rekomendasiyamdır “, – deyə Imnadze bildirib.