Paata Imnadze - hamilə qadınları "Pfizer" ilə peyvəndləmək olar , "Sinovac" və "Sinopharm" üzərində bu istiqamətdə kliniki tədqiqatlar hələ başa çatmayıb
Təlimata əsasən, hamilə qadınlar “Pfizer” ilə peyvəndlənə bilər, “Sinovac” və “Sinopharm” ilə isə hələlik yox , – Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzin rəhbərinin müavini Paata Imnadze bildirib.
Onun sözlərinə görə, koronavirus əleyhinə Çin peyvəndləri “Sinopharm” və “Sinovac” hallarında hamilə qadınlarla əlaqədar aparılan kliniki tədqiqatlar hələ başa çatmayıb.
“Sinovac” və “Sinopharm” -ın təlimatında hamilə qadınların peyvənd edilməməsi yazılıb, çünki hamilə qadınlar üzərində aparılan kliniki tədqiqatlar hələ başa çatmayıb. Nəticə etibarilə, kliniki tədqiqatların nəticəsi olmayana qədər , təlimatda qeyd edə bilməzlər. “Pfizer” -ın təlimatında yazılıb ki, həkim və hamilə qadının konsultasiyası nəticəsində, hamilə qadınları peyvənd etmək mümkündür, yüksək riskli hamilə qadınları. Beləliklə, mövcud vəziyyətdə, “Pfizer” halında hamilə qadınları peyvəndləmək olar , lakin Sinovac və Sinopharm ilə hələlik yox” -deyə Paata Imnadze bildirib.