Paata İmnadze - Evdə qalın deyərkən, onu nəzərdə tuturuq ki, virusu evdəki yaşlılarımıza aparmayaq, çünki onlar xəstəliyi daha ağır keçirirlər

Xəstəliklər Nəzarətinin Milli Mərkəzinin direktor müavini Paata İmnadze Birinci Kanalın efirində, vətəndaşlar tərəfindən özünü təcrid və karantin qaydalarının qorunmasının əhəmiyyəti haqqında yenə bir daha söz etdi.

Onun dediyinə görə, gənclər yaşlıları qorumalıdırlar, çünki yaşlı insanlar xəstəliyi daha ağır keçirirlər.

“Evdə qalın deyərkən, onu nəzərdə tuturuq ki, virusu evdəki yaşlılarımıza aparmayaq, çünki onlar xəstəliyi daha ağır keçirirlər. Bilirik ki, gənc orqanizm xəstəliyi tez məğlub edə bilir, ancaq yaşlılarımızı ölümcül risk altına ata bilərik.

Xaricdən gələnlər isə, 14 gün ərzində özünü təcrid etməlidirlər, çünki xəstəliyin simptomları 14 gündə bəll olur” – dedi Paata İmnadze.