Paata İmnadze - Epidemioloji vəziyyət düzəlir, ancaq istədiyimiz sürətdə deyil

Xəstəliklər Nəzarətinin Milli Mərkəzinin sədr müavini Paata İmnadze bəyan edir ki, ölkədə epidemioloji vəziyyət düzəlir, ancaq bu sakitləşmək üçün əsas vermir, çünki Gürcüstan üçün gündəlik göstəricilər hələ də çoxdur.

Paata İmnadze vəətndaşları requlyasiyaları qorumağa davam etməyə çağırdı.

“Epidemioloji vəziyyət düzəlir, ancaq istədiyimiz sürətdə deyil. Epidemiyanın ilk həftələrində 1 500 yeni hal var idi, indi təqribən 1000 hal qeydə alınır, ancaq bu bizə rahatlaşmaq üçün səbəb olmamalıdır, gündə 1000 hal ölkəmiz üçün çoxdur.

Özümüzü qoruyaq və requlyasiyaları qorumağa davam edək, çünki, praktiki olaraq, bütün requlyasiyalar qaldırıldı və pandemiyanın azalmasına ümid edib, özümüzü qorumağı buraxmamalıyıq”, – dedi Paata İmnadze.