Paata İmnadze - Bir yeni pasiyentin koronavirusa yoluxma mənbəyi hələlik naməlumdur
Bugün aşkarlanan koronavirus hallarından birinin mənbəyi hələlik naməlumdur.
Bu haqda məlumatı Gürcüstanın Birinci Kanalına Xəstəliklər Nəzarətinin rəhbər müavini Paata İmnadze verdi.
Onun dediyinə görə, bu deməkdir ki, ölkədə virus yenə də mövcuddur.
“Xaricdən gətirilən hallar o qədər də təhlükəli deyil, çünki onlar karantin zonasında aşkarlanır, ancaq yerli hallar biraz problemlidir. Bu deməkdir ki, ölkədə hələdə virus sirkulyasiya edir” – dedi Paata İmnadze.
Bugün Gürcüstanda koronavirusun dörd yeni halı qeydə alınıb, üç pasiyent isə, sağalıb.