Paata İmnadze avqustun 9,10,11-i, Kobuletidə kafe "Havana"-da olanlara tövsiyyə edir ki, xəstəxanaya müraciət etsinlər

Xəstəliklər nəzarətinin milli mərkəzinin rəhbər müavini Paata İmnadze avqustun 9,10,11-i, Kobuletidə, kafe “Havana”-da olanlara müraciət edir ki, şübhəli simptomları aşkarlandığı halda, mütləq xəstəxanaya müraciət etsinlər.

Onun dediyinə görə, koronavirusa yoluxan qadın həmin kafedə işləyirdi.

“İnfeksiyaya yoluxan qadın Kobuletiyə işləmək üçün Tbilisidən getmişdi. Onunla işləyən personal hazırda karantin zonasındadır.  Avqustun 9,10,11-də, Kobuletidə, kafe “Havanada” olanlara müarciət edirik ki, diqqətli olsunlar” – dedi Paata İmnadze.