Paata Burçuladze bildirir ki, o, Mixeil Saakaşvilini həbsxanada əvəzləməyə hazırdır
Paata Burçuladze “Gürcü Arzusu”-na müraciət edir və Mixeil Saakaşvilini həbsxanada əvəz etməyə hazır olduğunu bildirir.
Burçuladzenin sosial şəbəkədə də yazdığı kimi, Gürcüstana gəlməyə hazırdır.
“Hər şeyin həddi var, buna daha dözmək olmaz, mən üçüncü prezidentin qətlində şərik olmaq istəmirəm. “Gürcü Arzusu”, siz hər şeydə qanunları pozursunuz: uduzulmuş seçkiləri mənimsəyirsiniz, günahsız insanları həbs edirsiniz və sizə məxsus məhkəmədə özünüz istədiyiniz kimi mühakimə edirsiniz. Xahiş edirəm bir daha qanunu pozun və mənə həbsxanada üçüncü prezidenti əvəz etmək imkanı verin. Ona çoxfunksiyalı xəstəxanada müalicə olma imkanı verin. Çox xahiş edirəm bu sözlərimi nəzərə alın və mən elə bu gün Gürcüstana gələcəm. Bununla siz 2 böyük iş görərsiniz: Gürcüstanı vəhşi ölkələr siyahısına daxil etməzsiniz və Bidzina İvanişvilini çox sevindirəcəksiniz. Onun eyni vaxtda dözə bilməyəcəyi iki məhbusu olacaq”, – deyə Burçuladze sosial şəbəkədə yazıb.