Ozurqetinin meri - indi bizim əsas prioritetimiz vətəndaşlara yardım göstərmək, kritik infrastrukturu bərpa etmək və dəymiş ziyanı qiymətləndirməkdir
Ozurqetinin meri - indi bizim əsas prioritetimiz vətəndaşlara yardım göstərmək, kritik infrastrukturu bərpa etmək və dəymiş ziyanı qiymətləndirməkdir

Quriya bölgəsində geoloqlar fəlakət zonasında işlərini davam etdirirlər. Eyni zamanda, zərərçəkmiş vətəndaşlara humanitar yardımlar paylanılır.

Paralel olaraq, müvafiq xidmətlər tərəfindən yolların təmizlənməsi işləri aparılır.

Ozurqeti şəhərinin meri Avtandil Talakvadzenin sözlərinə görə, Naqomar kəndində magistral yolda müvəqqəti körpü tikilir, ərazidə ağır texnika və layihə qrupu işləyir.

“Fəlakət Cumati kəndinin Çoklauri məhəlləsində də problemlər yaradıb, sürüşmənin inkişafı nəticəsində yola və yaşayış evlərinə ziyan dəyib. Hazırda “Satisi” bələdiyyə su təchizatı müəssisəsinin texniki komandası suyun verilişinin tez bir zamanda bərpası üçün fəal iş aparır. İndi bizim prioritetimiz vətəndaşlara yardım göstərmək, kritik infrastrukturu bərpa etmək və dəymiş ziyanı qiymətləndirməkdir” – Ozurqetinin meri Avtandil Talakvadze bildirib.