Ozurqetidə təbii fəlakətdən zərər çəkmiş kəndlərdə bərpa işləri davam edir
Ozurqeti Munisipalitetində təbii fəlakətdən zərər çəkmiş kəndlərdə bərpa işləri davam edir.
Ozurqeti şəhərinin meri Avtandil Talakvadze, onun müavini Nika Bolkvadze və Quriya üzrə dövlət müvəkkili Qiorqi Uruşadze cari işlərlə tanış olublar.
“Zedubanidə kənd ətrafında davam edən işlərə baş çəkdim. Artıq Oxocuri rayonunda yolu açmışıq və həmvətənlərimizin hərəkət baxımından heç bir problemi olmayacaq. Həmçinin, biz zərərçəkmiş əhalini ərzaq məhsulları, dərmanlar və ilkin tələbat malları ilə təmin etməyi fəal şəkildə davam etdirəcəyik”- deyə Talakvadze bildirib.