Ozurgetidə bir ailənin üç üzvündə koronavirus təsdiqləndi, infeksiyaya yoluxanlar arasında az yaşlılar da var

Ozurgetidə koronavirusun yenə üç halı qeydə alındı.

İnfeksiyaya yoluxanlar bir ailənin üzvləridirlər.

İnfeksiyaya yoluxanlardan ən balacası 10 yaşındadır.

Bu haqda məlumatı ictimai səhiyyə mərkəzi təsdiqləyir.

Epidemioloqların bəyanatına görə, hazırda kontaktların müəyyənləşdirilməsi prosesi aparılır.

İlkin məlumata görə, infeksiyaya yoluxma Batumiyə səyahətlə bağlıdır.