Özünüidarə komitəsi şəhərin görünüşünün korlanması və gürcü dilində lövhələrdən istifadə edilməməsi üçün cərimələrin artırılması haqqında müzakirə aparacaq
Gürcüstan parlamentinin regional siyasət və özünü idarə komitəsinin bugünki iclasında şəhər inşaatının əsasları haqqında Gürcüstan qanununda və həmçinin, inzibati hüquq pozuntuları məcəlləsindəki dəyişikliklər müzakirə ediləcək.
Komitənin sədri Zaza Qabuniyanın məlumatına görə, şəhər inşaatlarının əsasları haqqında qanun, həyəti təhlükə daşıyan və şəhərin görüntüsünü korlayan inşaatların dayandırılmasını nəzərdə tutur.
Zaza Qabunianın dediyinə görə, cərimələrin 50-dən 500 lariyə qədər artırılması planlaşdırılıb. Təkrarlandığı halda isə, cərimə 2000 lari olabilər.
Regional siyasət və özünü idarə komitəsinin iclası saat 11-də keçiriləcək.