Özünü təcrid qaydaları! Özünü təcrid edən şəxslər üçün yeni növ koronavirus ilə əlaqədar göstərişlər

Özünü təcrid qaydaları !

Özünü  təcrid  edən  şəxslər  üçün yeni növ koronavirus ilə əlaqədar göstərişlər:

Əgər siz  Ümumdünya Səhiyyə Təşkilatı  tərəfindən  epidemiya riskinin  olduğu ölkələr olaraq  təyin olunan –Çindən , Cənubi Koreyadan,İrandan,İtaliyadan,  Fransa, İspaniya, Almaniya, Avstriyadan və ya bu sadalanan  dövlətlərdən  keçərək  ölkəyə  geri  qayıdırsınızsa, o zaman 14  gün ərzində özünüzü təcrid etməlisiniz. Ölkəyə daxil olarkən  epidemioloq  sizin səhhətinizi yoxlayacaq. O, özünü təcrid  qaydalarına dair sizləri məlumatlandıracaq, bundan sonra  isə siz,  bu qaydalara  əməl etməklə bağlı məsuliyyət götürdüyünüzü imzanızla təsdiqləməlisiniz.   

Epidemioloqun qiymətləndirməsinə görə,  əgər    yaşayış mənziliniz özünü  təcridin   tələblərinə cavab verirsə, o zaman siz bu prosedurdan  evinizdəcə  keçəcəksiniz. Digər hallarda seçilmiş  karantin zonalarına yerləşdiriləcəksiniz.

Həmçinin ,əgər koronavirusa  yoluxmuş şəxslə kontaktda olmusunuzsa, virusa xas  olan simptomlar sizdə müşahidə olunmursa belə, o zaman özünüzü  təcrid etməlisiniz . Özünü  təcrid müddətində  digər şəxslərdən tam  təcrid  olunmuş vəziyyətdə  olmalısınız. Əllərinizi tez-tez sabun və su ilə  yuyun. Yalnız sizin  üçün  ayrılmış  məişət əşyalarından istifadə  edin. Özünüzü təcrid etdiyiniz yerə qonaq və ziyarətçilərin qəbulu  kəskin şəkildə qadağan olunur. Dostlar və  ailə  üzvləriniz  ilə telefon və ya internet vasitəsi ilə əlaqə qurun.

Qidanın  bir-başa olmayan qayda ilə, yəni dolayı  yolla verilməsinə   icazə verilir. Özünü  təcrid müddəti  ərzində  Daxili  İşlər Nazirliyi və İctimai  Səhiyyənin müvafiq qurumları  monitorinq həyata  keçirəcəklər. Səhiyyə  monitorinqi  bir başa  təmas olmadan temperaturunuzu  özünüz ölçərəkdən həyata  keçirilə  bilər. Hərarət  və ya respirator  virus infeksiyalarına oxşar klinik  simptomlar halında dərhal 112-yə müraciət edin.

Gürcüstan  hökuməti