Oyun Biznesi Assosiasiyası - gözlənilən tənzimləmələr avtomatik olaraq xərclərin optimallaşdırılması ehtiyacına səbəb olacaq və gürcü idmanının inkişafına sərmayə qoyulmasını qeyri-mümkün edəcək

 

Oyun biznesi gürcü idmanının sponsorluğunu ləğv etdiyini elan edir. Bəyanat Oyun Biznesi Assosiasiyasının özü tərəfindən yayılır.

Bəyanatda da qeyd olunduğu üzrə , parlamentdə artıq təşəbbüsü irəli sürülən qanunlayihə oyun biznesi sektorunda işləyən şirkətləri ciddi təzyiq altında qoyacaq ki, bu da avtomatik olaraq xərclərin optimallaşdırılması zərurətinə səbəb olacaq və gürcü idmanının inkişafına sərmayə qoyulmasını qeyri-mümkün edəcək.

“Dekabrın 13-də Gürcüstan parlamentinə oyun biznesi üçün yeni tənzimləmələrin tətbiqi ilə bağlı qanunlayihə təqdim olunub. Bu tənzimləmələr oyun biznesi üçün vergi yükünün əhəmiyyətli dərəcədə (70%-ə qədər) artırılmasını, reklamın tam qadağan edilməsini (sponsorluqdan başqa) və oyunçuların yaş həddinin 25 yaşa qədər artırılmasını nəzərdə tutur. Qanunlayihənin müzakirələri sürətləndirilmiş qaydada aparılır və parlament cari həftə onu təsdiqləməyə hazırlaşır. Yuxarıda qeyd olunan qanunvericilik təşəbbüsləri idman sahəsinin bəzi nümayəndələri tərəfindən gürcü idmanı tərəfindən maliyyə əldə etmək üçün yeni imkan kimi qiymətləndirilib. Assosiasiyanın formatında, Gürcüstanda lisenziyası olan bütün oyun veb- saytı operatorları adından bu məsələyə belə aydınlıq gətirmək istərdik: azartlı oyun şirkətlərinin sponsorluq fəaliyyəti, xüsusən də son illərdə əhəmiyyətli dərəcədə artıb və gürcü idmanına on milyonlarla lari investisiya qoyulub. Bu da yerli çempionatların və ya idmançıların inkişafına kömək edib. Sözü gedən sponsorluq kampaniyalarının əsas təyinatı, ilk növbədə operatorların üzərinə götürdüyü sosial məsuliyyətdir və eyni zamanda şirkətlərin imicini yüksəltməyə xidmət edir. Bu istiqamətə ayrılan külli miqdarda vəsait biznesin standart fəaliyyətləri hesabına maliyyələşdirilib ki, bu da yalnız və yalnız mövcud qanunvericlik şərtləri daxilində mümkün olub – bəhsi keçən sponsorluq kampaniyalarının başqa heç bir marketinq və ya maliyyə əsaslandırması olmayıb”- deyə bəyanatda bildirilir.

Oyun Biznesi Assosiasiyasında bildirirlər ki, qanunlayihə avtomatik olaraq xərclərin optimallaşdırılması ehtiyacına səbəb olacaq.

“Sizi əmin etmək istəyirik ki, gözlənilən tənzimləmələr oyun biznesi sektorunda işləyən şirkətləri ciddi təzyiq altında qoyacaq ki, bu da avtomatik olaraq xərclərin optimallaşdırılması zərurətinə səbəb olacaq və gürcü idmanının inkişafına sərmayə qoyulmasını qeyri-mümkün edəcək. Qanunlayihə ilə icazə verilən sponsorlu reklam fəaliyyəti şirkətlər üçün marketinq və ya maliyyə cəhətdən əsaslandırılmış xərc təşkil etmir, bundan irəli gələrək təəssüf ki, anonsu verilmiş qanunvericilik məhdudiyyətlərinin təsdiqi şəraitində oyun biznesi sektoru idmana sponsorluq etməkdən imtina etməli olacaq”, – deyə assosiasiyanın bəyanatında qeyd olunub.

Xatırlatmaq istərdik ki, bu gündən Gürcüstan parlamenti “Lotereya, azartlı və uduşlu oyunları haqqında” Gürcüstan qanununa dəyişikliklərin daxil edilməsi barədə sürətləndirilmiş qaydada müzakirəyə başlayır.