"Oscar"-ın mükafatlandırma mərasimini Birinci Kanal fevralın 25-də birbaşa efirdə təqdim edəcək

Dünya kinoaləmi “Oscar”-ın 91-ci mükafatlandırma mərasimi üçün hazırlaşır. 152 metr uzunluğunda xalçanı artıq Dolbi Teatrının önündə açdılar. Bundan başqa, teatrın əsas səhnəsini 40 min qızılgül ilə bəzədilər.

Qeyd olunasıdır ki, 30 il ərzində ilk dəfə, “Oscar”-ın aparıcısı olmayacaq. Qalibləri Hollivudun ulduzları bəyan edəcəklər. Aparıcının monoloqlarını isə, musiqi nömrələr və videoçarxlar əvəz edəcək.

Kinomükafatlandırma mərasimini birbaşa efirdə Birinci Kanal ilk dəfə təqdim edəcək. İzləyici mərasimi fevralın 25-də, saat 01:30-dan izləyə biləcək.

Bu il ən yaxşı film uğrunda 10 film mübarizə aparacaq: Qara pantera, favorit, ulduz doğuldu, yaşıl kitab, hakimiyyət, bohem rapsodiyası, qara klanlı və roma.

Ən yaxşı kişi aktyor:

Kristian Beyl – Hakimiyyət,

Bredli Kuper – Ulduz doğuldu,

Uillem Defo – Əbədiyyətin qapısında,

Rami Malek – Bohem rapsodiyası,

Viqqo Mortensen – Yaşıl kitab.

Ən yaxşı aktrisa:

Yalitza Aparisio – Roma,

Qlenn Klouz – Həyat yoldaşı,

Olivioa Kolman – Favorit,

Ledi Qaqa – Ulduz doğuldu,

Melisa Makkarti – Məni bağışlaya bilərsinizmi?

Ən yaxşı rejissor:

Spayk Li – Qara klanlı,

Pavel Pavlikovski – Soyuq müharibə,

Yorqos Lantimos – Favorit,

Alfonso Kuaron – Roma,

Adam MakKey – Hakimiyyət,

“Oscar”-ın 91-ci mükafatlandırma mərasimi ənənəvi olaraq Los-Ancelesdə keçiriləcək.