Ortodoks Kilsəsi Palma Bazar Günü bayramını qeyd edir
Ortodoks Kilsəsi Palma Bazar Günü bayramını qeyd edir

Ortodoks Kilsəsi bu gün Palma Bazar Günü bayramını qeyd edir. Bayram liturgiyası fəaliyyətdə olan bütün kilsələrdə keçiriləcək.

Palma Bazar Günü bayramı 12 ilahi bayramdan biridir və Pasxadan əvvəlki bazar günü qeyd olunur. Bu gün Kilsə Məsihin Qüdsə təntənəli şəkildə daxil olmasını yada salır.

Əhdi-cədidə əsasən, Məsih Lazareni ölülər arasından diriltdikdən sonra Pasxa bayramını qeyd etmək üçün Yerusəlimə gedib. O, eşşək belində şəhərə daxil olub, əhali isə onu təntənəli şəkildə qarşılayıb. Onlar öz paltarlarını və palma budaqlarını Məsihin üzərinə səpərək, nida edirdilər: «Davud Oğluna hosanna! Rəbbin ismi ilə Gələnə alqış olsun! Ən ucalarda hosanna!».

Möminlər bu gün məbədə şümşad ağacının budaqları ilə gedirlər və onu bütün il boyu saxlayırlar.