Ortaq Sərmayə Fondunun keçmiş rəhbərinin işi üzrə məhkəmə iclası keçirilir, Qiorqi Baçiaşvilinin özü də məhkəmədə iştirak edir
Ortaq Sərmayə Fondunun keçmiş rəhbərinin işi üzrə məhkəmə iclası keçirilir, Qiorqi Baçiaşvilinin özü də məhkəmədə iştirak edir

Ortaq Sərmayə Fondunun keçmiş rəhbərinin cinayət işi üzrə məhkəmə iclası keçirilir, Qiorqi Baçiaşvilinin özü də məhkəmədə iştirak edir. Baçiaşvili məhkəmə zalına girməzdən əvvəl jurnalistlərə açıqlama verməyib.

Məhkəmə Baçiaşvili barəsində seçilmiş həbs-qətimkan tədbirini müzakirə edir.

Gürcüstanın Baş Prokurorluğu Ortaq Sərmayə Fondunun keçmiş rəhbəri Qiorqi Baçiaşviliyə qarşı külli miqdarda kriptovalyutanın qanunsuz mənimsənilməsi və qeyri-qanuni gəlirlərin leqallaşdırılması faktı üzrə cinayət təqibinə başlayıb.