Onkoloji pasiyentlər yeni nəsil preparatları üçün əlavə səkkiz min larilik maliyyə alacaqlar
Onkoloji pasiyentlər yeni nəsil preparatları üçün əlavə səkkiz min larilik maliyyə alacaqlar.
Bu barədə bəyanatı Gürcüstanın Səhiyyə Naziri Ekaterine Tikaradze bu günki hökümət iclasından sonra verdi.
Ekaterine Tikaradzenin dediyinə görə, bu gün ölkədə bu ağır xəstəliklə 38 min nəfər mücadələ edir.
“Bu günə qədər bu preparatlarla müalicənin hökümət tərəfindən sadəcə müəyyən mərhələsi maliyyələşdirilirdi, müalicənin digər mərhələlərini pasiyentlərin özləri ödəyirdilər. Bundan irəli gələrək, biz qərar verdik ki, yeni nəsil preparaylarının məbləği tam olaraq, dövlət tərəfindən ödənilsin” – dedi Ekaterine Tikaradze.
Nazirin dediyinə görə, müalicə proqramının tam ödənişi üçün səkkiz min lari lazımdır və bu məbləği dövlət təmin edəcək.