Oni Munisipalitetində xilasetmə əməliyyatlarına 400-ə yaxın yanğınsöndürən-xilasedici və Daxili İşlər Nazirliyinin müvafiq bölmələrinin nümayəndələri cəlb olunub, xilasetmə işləri gecə boyu davam edəcək

Gürcüstanın Daxili İşlər Nazirliyi Oni Munisipalitetində davam edən xilasetmə əməliyyatı haqqında məlumat dərc edir.

Daxili İşlər Nazirliyi qeyd edir ki, iki nəfərin meyiti ərazidə aşkarlanıb.

“Oni Munisipalitetində davam edən xilasetmə əməliyyatı nəticəsində iki nəfərin cəsədi Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin əməkdaşları tərəfindən aşkar edilib. Hazırda ölənlərin cəsədlərinin çıxarılması işləri aparılır”, – Daxili İşlər Nazirliyindən bildirilib.

Onların verdiyi məlumata görə, xilasetmə işlərinə 400-ə yaxın yanğınsöndürən-xilasedici və Daxili İşlər Nazirliyinin müvafiq bölmələrinin nümayəndələri cəlb olunub.

“Hazırda təbii fəlakət zonasında olan 70-ə yaxın vətəndaş təhlükəsiz əraziyə köçürülüb.

Xilasetmə əməliyyatı gecə boyu, fasiləsiz olaraq davam etdiriləcək”, – deyə Daxili İşlər Nazirliyindən bildirilib.