Oni Munisipalitetində, fəlakət zonasında, xilasetmə əməliyyatı dördüncü gündür davam edir [foto]
Oni Munisipalitetində, fəlakət zonasında, xilasetmə əməliyyatı dördüncü gündür davam edir [foto]

Oni Munisipalitetində, fəlakət zonasında xilasetmə əməliyyatı dördüncü gündür davam edir. Bu gün daha bir cəsəd Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin əməkdaşları tərəfindən torpaq sahəsində aşkar edilib. Sərhəd polisinin iki helikopteri işini bərpa edib.

İşlərə polis bölmələri, Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin bir qrup kinoloqu, Müdafiə Nazirliyinin və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları İdarəsinin əməkdaşları cəlb olunub. Bölgədə pilotsuz təyyarələr və xüsusi texnika işləyir.

İndiyədək xilasedicilər tərəfindən 18 cəsəd tapılıb. Xilasetmə əməliyyatı çərçivəsində 200-dən çox insan təhlükəsiz əraziyə çatdırılıb.