Ombudsman müvafiq qurumları pensiya kreditləri üzrə təyin olunmuş faiz dərəcələrinin aşağı salınması istiqamətində addımlar atmağa çağırır

 
Ombudsman müvafiq qurumları sosial kreditlər üzrə təyin olunmuş faiz dərəcələrinin aşağı salınması istiqamətində addımlar atmağa çağırır- bu barədə Gürcüstanın Xalq Müdafiəçisi məlumat yayır.

“Ombudsman bank xidmətlərinin göstərilməsi şərtlərinin müəyyən edilməsi üzrə qurumlararası komissiyanın sədrinə, işğal olunmuş ərazilərdən məcburi köçkünlər, əmək, səhiyyə və sosial müdafiə məsələləri nazirinə, Sosial Xidmət Agentliyinin direktor vəzifəsinin icraçısına və Gürcüstan Milli Bankının prezidentinə ümumi təkliflə müraciət edərək, sosial (pensiya) kreditlərinin faiz dərəcəsinin miqdarının azaldılmasını tələb edib. Məsələnin araşdırılması zamanı məlum olub ki, “Liberty Bank” faiz dərəcəsini təyin edərkən sosial kredit istifadəçilərinin fərqli sosial-iqtisadi vəziyyətini nəzərə almır ki, bu da həmin şəxsləri əsassız olaraq pis vəziyyətə salır.

Ombudsman sosial kreditlərdən yararlananların ağır iqtisadi vəziyyətdə olan şəxslər, aztəminatlı ailələr, veteranlar, qaçqın statusu olan şəxslər, fiziki məhdudiyyətli şəxslər, pensionerlər və əhalinin müəyyən bir hissəsi üçün yaşamaq üçün zəruri olan adi vasitələrlə təmin etmə və layiqli yaşayış şəraitinin yaradılması hədəfini daşıyan dövlət yardımlarını alan şəxslərdən ibarət olması faktına diqqət yetirib. Eyni zamanda əhalinin bu hissəsi məhz dövlət yardımı ilə krediti qaytarmalıdır. Müəyyən edilmiş faiz dərəcəsi (30,69%) nəticəsində banka qaytarılacaq məbləğ yekun olaraq kredit olaraq alınan ilkin məbləği təxminən 75% aşır.

Yuxarıda bəhsi keçənlərdən irəli gələrək və bərabərlik prinsipini nəzərə alaraq, ombudsman müvafiq qurumları sosial kreditlər üzrə faiz dərəcələrinin aşağı salınması istiqamətində konkret addımlar atmağa çağırıb – deyə Xalq Müdafiəçi Aparatından bildirilib.