Omandan Gürüstana birbaşa aviareyslər həyata keçiriləcək

Omanın aşağı büdcəli aviaşirkəti SalamAir Gürcüstana requlyar şəkildə aviareyslər həyata keçirəcək.

Vətəndaş aviasiyasının agentliyinin məlumatına görə, Maskati-Tbilisi istiqamətinə uçuşlar iyunun 15-dən naviqasiya sezonunun sonuna qədər (27.10.2018), həftədə üç dəfə həyata keçiriləcək.

Reyslər hər çərşənbə axşamı, cümə axşamı və şənbə günü Airbus A320 tipli təyyarələrlə həyata keçiriləcək.

Agentlikdə bəyan edirlər ki, yeni aviareyslər iki ölkə arasında ticari-iqtisadi əməkdaşlığın dərinləşməsinə, turizm sahəsinin və yeni biznes əlaqələrinin inkişafı üçün əl verişli şərait yaradacaqlar.