Oliver Varhei - Siyasi böhrandan çıxmaq üçün razılaşmanın imzalanmasını salamlayıram
Oliver Varhei - Siyasi böhrandan çıxmaq üçün razılaşmanın imzalanmasını salamlayıram

Avropa qonşuluq siyasəti və genişləndirmə məsələləri üzrə avro-komisar Oliver Varhei “Gürcü Arzusunun” sədri İrakli Kobaxidze ilə görüşü haqqında məlumat yayır.

“Gürcü Arzusunun” lideri İrakli Kobaxidze ilə görüşdüm. Siyasi böhrandan çıxmaq üçün razılaşmanın imzalanmasını salamlayıram, çünki bu razılaşma Gürcüstana covid-19, iqtisadiyyatın bərpası və regional problemlər kimi məsələlərlə baş gəlməyə yardım edəcək. Avropa İttifaqı Gürcüstanı və gürcü xalqını dəstəkləməyə davam edəcək”, – yazır Varhei.