Olimpiya kəndində Gürcüstan bayrağı qaldırıldı (video)

Cənubi Koreyanın  Pyanqçanq şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarının Olimpiya kəndində Gürcüstan bayrağı qaldırıldı. Mərasimdə gürcü nümayəndə heyəti və idmançılar iştirak edirdilər.

Xatırladaq ki, Qış Olimpiya Oyunların Gürcüstandan dörd idmançı yarış edəcək. Bunlar Yason Abramişvili, Nini Tsiklauri, Moris Ğvitelaşvili və Giorgi Soğoyandır.

Olimpiya Oyunlarının təntənəli açılış mərasimi fevralın 9-da, Tbilisi vaxtı ilə saat 15.00-da başlayacaq.

Açılış və yarışın birbaşa yayımını İctimai Yayımmı təqdim edəcək.