Olaf Şolts - münaqişənin iki dövlətli həlli davamlı sülhə aparan yoldur, lakin bu, yalnız "HƏMAS" olmadan mümkün olacaq
Olaf Şolts - münaqişənin iki dövlətli həlli davamlı sülhə aparan yoldur, lakin bu, yalnız "HƏMAS" olmadan mümkün olacaq

Münaqişənin iki dövlətli həlli davamlı sülhə aparan yoldur, lakin bu, yalnız “HƏMAS” olmadan mümkün olacaq-bu barədə Almaniya kansleri Olaf Şolts açıqlayıb.

“Qalıcı sülh ancaq o zaman mümkün olacaq ki, İsrail və Fələstin dövləti dinc yanaşı yaşaya bilsin. İki dövlətli həll bizim həmişə dəstəklədiyimiz və bu vəziyyətdə hələ də dəstəklədiyimiz bir şeydir, çünki söhbət perspektivdən gedir, lakin aydındır ki, Almaniyada haqlı olaraq terrorçu hesab etdiyimiz “HƏMAS” kimi bir təşkilat, məqsədi Yəhudiləri öldürmək, İsrail vətəndaşlarını bu gün yaşadıqları ərazidən qovmaq üçün belə bir təşkilat iki dövlət modelinin əsasını təşkil etmir. Bu, terror təşkilatıdır və biz onlarla mübarizə aparmalıyıq”- Almaniya kansleri qeyd edib.

Bununla belə, Şolts əlavə edib ki, Almaniya humanitar yardımın Qəzzaya çatmasını və digər ölkələrin vətəndaşlarının və xəstələrin ərazini tərk edə bilməsini təmin etməyə hazırdır.