Olaf Şolts - İranın dəstəyi olmasaydı, "HƏMAS" İsrail ərazisinə misli görünməmiş hücumlar həyata keçirə bilməzdi
Olaf Şolts - İranın dəstəyi olmasaydı, "HƏMAS" İsrail ərazisinə misli görünməmiş hücumlar həyata keçirə bilməzdi

Almaniya kansleri Olaf Şolts İranı İsrailə hücumda ittiham edib. Bu barədə Şolts Bundestaqda çıxışı zamanı bildirib.

“Hələ ki, İranın “HƏMAS”ın bu hücumunu konkret və operativ şəkildə dəstəklədiyinə dair inandırıcı dəlillərimiz yoxdur, lakin hamıya aydındır ki, İranın son bir neçə ildə dəstəyi olmasaydı, “HƏMAS” İsrail ərazisinə bu misli görünməmiş hücumları həyata keçirə bilməzdi” – Almaniya kansleri bildirib.

Şolts bildirib ki, federal hökumət “HƏMAS” tərəfindən tutulan girovları azad etmək üçün çox çalışır.

“Biz bütün girovları azad etmək üçün əlimizdən gələni edirik – İsraillə sıx koordinasiya və lazımi məxfilik şəraitində”- Şolts əlavə edib.