Olaf Şolts - əminəm ki, ABŞ Konqresi Ukraynaya lazımi dəstəyi verəcək
Olaf Şolts - əminəm ki, ABŞ Konqresi Ukraynaya lazımi dəstəyi verəcək

Əminəm ki, Amerika Birləşmiş Ştatları Konqresi Ukraynaya lazımi dəstəyi verəcək  – Almaniya kansleri Olaf Şolts Berlində Bolqarıstanın Baş naziri Nikolay Denkovla danışıqlardan sonra bu sözləri deyib.

Şoltsun qeyd etdiyi kimi, o, əmindir ki, siyasi proseslər Ukraynaya gələcək dəstək üçün əlavə vəsaiti tezliklə təsdiqləyəcək.

“Mən əminəm ki, ABŞ Konqresi Ukraynaya lazımi dəstəyi verəcək. Bu dəstəyin vacib olduğuna inanan həm demokratlar, həm də respublikaçılardan ibarət çoxlu sayda Konqres üzvü var və böyük əksəriyyət bunun tərəfdarıdır. Ona görə də əminəm ki, siyasi proseslər Ukraynaya gələcək dəstək üçün əlavə vəsaiti tez bir zamanda təsdiq edəcək. Bildiyiniz kimi, biz bu məsələni ABŞ Prezidenti, digər dövlət və hökumət başçıları ilə telefonla müzakirə etdik. ABŞ Prezidentinin mesajı ondan ibarət olub ki, gələcəkdə bu məsələdə həqiqətən də ABŞ-a güvənmək mümkündür” – Şolts bildirib.