Olaf Şolts Almaniyada sığınacaq axtaranların sayını azaltmaq siyasətini dəstəkləyib, həmçinin Almaniyada qaçqınlar üçün yeni maliyyələşdirmə ilə razılaşıblar
Olaf Şolts Almaniyada sığınacaq axtaranların sayını azaltmaq siyasətini dəstəkləyib, həmçinin Almaniyada qaçqınlar üçün yeni maliyyələşdirmə ilə razılaşıblar

Almaniya kansleri Olaf Şolts dövlət liderləri ilə daha sərt miqrasiya siyasəti ilə bağlı razılığa gəlib-bu barədə “Reuters” məlumat yayır.

Şolts sığınacaq axtaranların sayının azaldılmasını dəstəklədi və dövlət liderləri ilə saatlarla davam edən danışıqlardan sonra daha sərt immiqrasiya siyasətlərinə və qaçqınlar üçün yeni maliyyələşdirməyə razı oldu.

Bununla belə, Almaniya hakimiyyəti sığınacaq axtaran şəxslərə verilən müavinətləri azaltmaqla, məsələn, tam sosial müavinət almazdan əvvəl müddəti iki dəfə artırmaqla təxminən bir milyard avroya qənaət etmək niyətindədir.

“Bizim ümumi məqsədimiz qeyri-qanuni miqrasiyanın qarşısını almaqdır”- Şolts bildirib.

Medianın məlumatına görə, bu ilin 9 ayında 230 minə yaxın insan Almaniyada sığınacaq üçün müraciət edib.