Olaf Şolts- Fransa və Almaniya Avropanın güclü qalmasını istəyir, suveren və innovativ Avropa İttifaqını dəstəkləyirik
Olaf Şolts- Fransa və Almaniya Avropanın güclü qalmasını istəyir, suveren və innovativ Avropa İttifaqını dəstəkləyirik

 
Almaniyanın kansleri Olaf Şolts Fransanın Prezidenti Emmanuel Makronun Sorbon Universitetində çıxışı zamanı haqqında danışdığı ideyalarını dəstəkləyib.

“Fransa və Almaniya birlikdə Avropanın güclü qalmasını istəyir. Sözünüz buna nail olmaq üçün yaxşı impulsları ehtiva edir. Biz birlikdə Avropa İttifaqını siyasi və iqtisadi cəhətdən irəli aparacağıq. Biz suveren və innovativ Avropa İttifaqını dəstəkləyirik. Yaşasın Avropa” – Almaniyanın kansleri “Twitter”də yazıb.

Xatırladaq ki, Fransanın Prezidenti Emmanuel Makron Sorbon Universitetində çıxışı zamanı bildirmişdi ki, Avropa ABŞ-ın vassalı olmadığını göstərməlidir. O deyib ki, Avropa müdafiə qabiliyyətini gücləndirməli və Avropa İttifaqı qlobal səhnədə daha aktiv olmalıdır.