Olaf Şolts- Dağlıq Qarabağda hərbi əməliyyatların dərhal dayandırılması labüddür, Ermənistan və Azərbaycan fikir ayrılıqlarını diplomatik yollarla həll etməlidirlər
Olaf Şolts- Dağlıq Qarabağda hərbi əməliyyatların dərhal dayandırılması labüddür, Ermənistan və Azərbaycan fikir ayrılıqlarını diplomatik yollarla həll etməlidirlər

 
Dağlıq Qarabağda hərbi əməliyyatların dərhal dayandırılması labüddür, Ermənistan və Azərbaycan fikir ayrılıqlarını diplomatik yollarla həll etməlidirlər-bu barədə Almaniyanın kansleri Olaf Şolts açıqlama verib.

Şolts bu mövqeyini Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının davam etdiyi mətbuat konfransında bildirib.

“Biz həm Ermənistanla Azərbaycan arasında, həm də Azərbaycanın özündə mövcud olan bütün məsələlərin sülh yolu ilə, qarşılıqlı razılaşdırılmış həllinə nail olmaq üçün səmimi səylə diplomatik danışıqları dəstəkləyirik”- Almaniyanın kansleri deyib.

Şolts sosial şəbəkədə də Qarabağdakı vəziyyətə münasibət bildirib və qeyd edib ki, Azərbaycan dərhal hücumlarını dayandırmalıdır.

“Dağlıq Qarabağda hərbi əməliyyatlar dərhal dayandırılmalıdır. Azərbaycanla Ermənistan arasında vəziyyət son dərəcə kritikdir. Bakı hökuməti hücumları dərhal dayandırmalı və problemlərin sülh yolu ilə həllini tapmaq üçün diplomatiyaya qayıtmalıdır”- Şolts “Twitter” səhifəsində yazır.