Olaf Şolts Berlində geniş tərkibli Çin nümayəndə heyətinə ev sahibliyi edir
Olaf Şolts Berlində geniş tərkibli Çin nümayəndə heyətinə ev sahibliyi edir

 

Almaniya kansleri Olaf Şolts Berlində geniş tərkibli Çin nümayəndə heyətinə ev sahibliyi edir. Çinin Baş naziri Li Tsian nazirlər kabineti ilə birlikdə ölkəyə iki günlük səfər edib. Ümumilikdə görüşdə hər iki ölkədən 20-yə yaxın nazir iştirak edir.

Hökumətlərarası iclas bu dəqiqələrdə də davam edir. Müzakirə olunacaq əsas məsələlər isə iqlim problemlərinə qarşı mübarizə və bununla bağlı iqtisadi məsələlər, həmçinin iki ölkə arasında ticarət əlaqələri və Ukraynadakı müharibə olacaq.

Medianın yazdığı kimi, Berlin Almaniyanın Çindən iqtisadi asılılığını azaltmağa və tədarük zəncirini şaxələndirməyə çalışır. Bu, iki ölkə arasında 2018-ci ildən bəri ilk üz-üzə görüşdür.