Olaf Şolts Almaniyanın Ukraynaya müassir raket əleyhinə müdafiə sistemi tədarük edəcəyini bildirir
Almaniya Ukraynaya müassir raket əleyhinə müdafiə sistemi tədarük edəcək. “Deutsche Welle”nin məlumatına görə, bu barədə Almaniya kansleri Olaf Şolts Slovakiyanın baş naziri Eduard Heqerlə görüşü zamanı bildirib. Həmçinin, Almaniya kanslerinin sözlərinə görə, Ukrayna Almaniyadan artilleriyanın yerini müəyyən edən radar da alacaq.
“Aydındır ki, Ukraynanın müdafiə üçün əlavə silahlara ehtiyacı var. Bu kritik mərhələdə biz dəstəyimizi əhəmiyyətli dərəcədə genişləndiririk. Digər şeylərlə yanaşı, biz Ukraynanı müassir raket əleyhinə sistem və artilleriya radarı ilə təmin edəcəyik” -deyə kansler bildirib.
Olaf Şoltsun sözlərinə görə, Rusiyanın müdaxiləsi başlayandan bu günədək Almaniya Ukraynanı silahla təmin edir.