Olaf Şolts - Almaniya Ukrayna üçün "aviasiya koalisiyasında" iştirak etməyəcək
Olaf Şolts - Almaniya Ukrayna üçün "aviasiya koalisiyasında" iştirak etməyəcək

Almaniya Ukrayna üçün “aviasiya koalisiyasında” iştirak etməyəcək-bu haqda Almaniya kansleri Olaf Şolts bildirib.

“Biz gördüyümüz işlərə diqqət yetiririk. Bu, hazırda Ukraynanın müdafiə qabiliyyəti üçün çox aktualdır” – Almaniya hökumətinin başçısı bildirib.

Olaf Şoltsun bəyanatına əsasən, Almaniya artıq tankların verilməsi, silah sistemlərinin baxımı, döyüş sursatlarının verilməsi və hava hücumundan müdafiə sisteminin gücləndirilməsi istiqamətində növbəti öhdəliklər götürüb.

Eyni zamanda, Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib ki, Almaniya aviasiya koalisiyasında fəal rol oynaya bilməz.