Olaf Şholts - Ukraynada müharibə çox uzun müddət davam edəcək, biz buna hazırlaşmalıyıq, döyüşlər artıq Vladimir Putinin gözlədiyindən daha uzun müddət davam edib
Olaf Şholts - Ukraynada müharibə çox uzun müddət davam edəcək, biz buna hazırlaşmalıyıq, döyüşlər artıq Vladimir Putinin gözlədiyindən daha uzun müddət davam edib

Almaniya kansleri Olaf Şolts deyib ki, Ukraynadakı müharibə çox uzun müddət davam edəcək, biz buna hazırlaşmalıyıq.

Almaniya hökumət başçısının sözlərinə əsasən, Rusiyanın müharibəni dayandıracağına və qoşunlarını Ukrayna ərazisindən çıxaracağına dair heç bir əlamət yoxdur.

“Biz hazır olmalıyıq, bu müharibə çox uzun müddət davam edə bilər. Bununla belə, hərbi artıq əməliyyatlar artıq Rusiya prezidenti Vladimir Putinin gözlədiyindən xeyli uzun davam edib”, – deyə Olaf Şolts bildirib.

Bundan əvvəl Ukrayna prezident aparatının rəhbəri Andrey Yermak müharibənin 70 faizinin artıq sona çatdığını bildirib.