Oktyabrın 5-də və 6-da Kiyevdə "Tbilisoba" qeyd olunacaq

Oktyabrın 5-də və 6-da Kiyevdə “Tbilisoba” qeyd olunacaq.

Ukrayna medyasının məlumatına görə, bu bayram gürcülərin və Ukraynalıların dostluğunu bir daha təsdiqləyir.

“Tbilisoba” çərçivəsində küçələrdə sərgilər və ədəbiyyat tədbirləri keçiriləcək. Bir neçə gürcü müəllifinin kitablarının təqdimatı və konsert keçiriləcək.

Təşkilatçıların dediyinə görə, həmçinin, müxtəlif müsabiqələr və gürcü kaliqrafiyasının master-klası keçiriləcək.

Tədbirdə gürcü şərabının və milli mətbəxinin sərgisi də keçiriləcək.