Oktyabr ayının futbol təqvimi - Gürcüstan komandaları beş oyun keçirəcək #1TVSPORT
Oktyabr ayının futbol təqvimi - Gürcüstan komandaları beş oyun keçirəcək #1TVSPORT

 
Oktyabrda Gürcüstan millisi, gənclər və futzal yığmaları evdə beş oyun keçirəcək. Futbol Federasiyası oyunlar və biletlərlə bağlı məlumat yayıb.

                                                Gürcüstan milli komandası

Oktyabrın 12-də Mixeil Mesxi adına stadionda Gürcüstan millisi yoldaşlıq görüşündə Tailand yığması ilə qarşılaşacaq. Oktyabrın 15-də Villi Saniolinin komandası Avro-2024-ün seçmə mərhələsi çərçivəsində Kipr yığmasını qəbul edəcək.

12 oktyabr

20:00 | Gürcüstan – Tayland

Biletin qiyməti: 10, 20 və 30 lari

15 oktyabr

17:00 | Gürcüstan – Kipr

Biletin qiyməti: 10, 30 və 50 lari

                                                21 yaş altı komanda

Gürcüstanın 21 yaşadək futbolçulardan ibarət yığması Avropa çempionatının seçmə mərhələsinin iki ev oyununu keçirəcək. Ramaz Svanadzenin komandası Batumidə Niderland və İsveçin gənclərdən ibarət milli komandalarını qəbul edəcək.

12 oktyabr

18:00 | Gürcüstan – Niderland

Biletin qiyməti: 10 və 15 lari

17 oktyabr

19:00 | Gürcüstan – İsveç

Biletin qiyməti: 10 və 15 lari

                                             Futzal milli komandası

Futzal üzrə Gürcüstan millisi dünya çempionatının elit-raund mərhələsinin üçüncü oyununu oktyabrın 7-də Tbilisi İdman Sarayında Finlandiya komandasına qarşı keçirəcək.

7 oktyabr

19:00 | Gürcüstan – Finlandiya

Biletin qiyməti: 5 lari

Oktyabrın 2-də tkt.ge saytında matçlara biletlərin satışına başlanılıb.