"Nyusvik" - Gürcüstan Avropanın yeni mədəni habı
"Nyusvik" - Gürcüstan Avropanın yeni mədəni habı

Gürcüstan Avropanın yeni mədəni habı, – bu başlıqlı məqaləni “Nyusvik” Amerika nəşri dərc etdirir. Məqalənin müəllifi hesab edir ki, 2019-cu ildə təcrübəli səyahətçilər üçün Gürcüstan ən cəlbedici istiqamətlərdən biri olaraq qalır.

“Tbilisi və Batumi ilə birlikdə, səyahətcilərin diqqətini mütləq Sinandali cəlb edir”, – “Nyusvik” bəyan edir.

“Gürcüstan, 8 000 il bundan əvvəl şərabın hazırlanması metodunu bu gündə istifadə edir”, – nəşr ilə söhbətində şərab elmini öyrənən Endryu Ceford bəyan edir.

Məqalədə qeyd olunur ki, Tbilisidən 70 kilometrdə yerləşən Sinandali, tez bir zamanda Gürcüstan üçün, Bilbaonun İspaniya üçün olduğu qədər, önəmli olacaq.

Halbuki, müəllifin qeyd etdiyinə görə, Gürcüstana səyahət mütləq Tbilisidən başlamalıdır.

Məqalənin müəllifi turistlərə tövsiyyə edir ki, Verada yerləşən “Stamba” mehmanxanasını və “Nariğala” qalasını ziyarət etsinlər.

Məqalədə qeyd olunduğu kimi, bundan sonra səyahətçilər Sinandaliyə getməlidirlər.