Nyu Yorkda bu gün BMT-nin Baş Assambleyasının 74-cü sessiyası açılacaq
Nyu Yorkda bu gün BMT-nin Baş Assambleyasının 74-cü sessiyası açılacaq

Nyu Yorkda bu gün BMT-nin Baş Assambleyasının 74-cü sessiyası rəsmi olaraq açılacaq. Günün ən böyük intriqası ABŞ və İran prezidentlərinin mümkün görüşməsi hesab olunur.

Elə bu gün, Baş Assambleyanın 74-cü sessiyası sədri vəzifəsini BMT-də Nigeriyanın daimi nümayəndəsi Ticani Muhamed-Bande tutacaq.

Baş Assambleyada əsas müzakirə olunacaq məsələlər – İran, Şimali Koreya yarımadasının nüvə tərksilahı və Suriya məsələsi olacaq.

24-30 sentyabrdan BMT-nin tribunası 100-dən artıq ölkə başçısına, 80 baş nazirə və Xarici İşlər nazirinə ayrılacaq.

ABŞ prezidentinin nitqlə çıxısı əsas debatların birinci günü, sentyabrın 24-də planlaşdırılıb. Nitqlə iştirakçılara həmçinin Braziliya, Türkiyə, Fransa, İran, Livan, Fələstin, Polşa, Əfqanıstan və İraq liderləri müraciət edəcəklər.

Bu il əsas debatlarda Gürcüstan prezidenti Salome Zurabişvili iştirak edəcək.