"Nurminen Logistics" fin şirkəti yükləri Çindən Avropaya Gürcüstan vasitəsilə daşıyacaq
"Nurminen Logistics" fin şirkəti yükləri Çindən Avropaya Gürcüstan vasitəsilə daşıyacaq

 
“Nurminen Logistics” fin şirkəti yükləri Çindən Avropaya Gürcüstan vasitəsilə daşıyacaq.

Şirkətin məlumatına görə, yeni Cənub Transxəzər marşrutu üzrə Çindən ilk konteyner yola düşüb.

Onların verdiyi məlumata görə, marşrut Çindən başlayır və Qazaxıstan, Azərbaycan, Gürcüstan və Rumıniya vasitəsilə Mərkəzi Avropaya gedir.

“Dəmir yolu və dəniz nəqliyyatını birləşdirən Transxəzər marşrutu müasir nəqliyyat şəbəkələrinin ehtiyaclarına cavab verir, burada zaman və ətraf mühitin mühafizəsi mühüm rol oynayır. Çindən Mərkəzi Avropaya daşınma müddəti dəniz yolu ilə müqayisədə üç dəfə sürətlidir” -deyə şirkətdə bildirirlər.