Noyabrın 9-dan Tbilisidə, Kutaisidə, Batumidə, Rustavidə, Zuqdididə, Qoridə və Potidə özəl və ictimai uşaq bağçalarının funksiyası dayandırılır

Noyabrın 9-dan Tbilisidə, Kutaisidə, Batumidə, Rustavidə, Zuqdididə, Qoridə və Potidə özəl və ictimai uşaq bağçalarının funksiyası dayandırılır.

Bu barədə bəyanatı Regional İnkişaf və İnfrastruktur Naziri Maia Tskitişvili Koordinasiya Şurasının İclası başa çatdıqdan sonra verdi.

“Noyabrın 9-dan Tbilisidə, Kutaisidə, Batumidə, Rustavidə, Zuqdididə, Qoridə və Potidə özəl və ictimai uşaq bağçalarının funksiyası dayandırılır.

Həmin şəhərlərin munisipalitetləri ilə fəal şəkildə işləyirik ki, munisipal nəqliyyat vasitələrində insan sayı məhdudlaşdırılsın. Ancaq, bu demək deyil ki, gündüz saatlarında munisipal nəqliyyat vasitələri ilə hərəkət etmək məhdudlaşdırılacaq. Biz sadəcə olaraq, nəqliyyat vasitələrində, eyni anda, çox sayda insanın olmasının qarşısını almağa çalışırıq.