Məhkəmə 7 noyabr işi üzrə Mixeil Saakaşvili barəsində qətimkan tədbiri qismində seçilmiş həbs qərarını qüvvədə saxlayıb
Məhkəmə 7 noyabr işi üzrə Mixeil Saakaşvili barəsində qətimkan tədbiri qismində seçilmiş həbs qərarını qüvvədə saxlayıb

Tbilisi Şəhər Məhkəməsi 7 noyabr işi üzrə Mixeil Saakaşvili barəsində qətimkan tədbiri qismində seçilmiş həbs qərarını qüvvədə saxlayıb.

İclasda müdafiə tərəfi bildirib ki, qeyd olunan iş üzrə Mixeil Saakaşviliyə əvvəlcə də cəza verilməməli idi. Dövlət ittihamçısı isə cəzanın qüvvədə qalmasını tələb edib.

Hakim Nino Elieşvilinin sözlərinə görə, həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı məhkəmədə hər hansı yeni hal olmayıb, bu səbəbdən qərar qüvvədə qalıb.

Bugünkü məhkəmə prosesi 7 noyabr məsələsinə aiddir. Mixeil Saakaşvili, Davit Kezeraşvili, Zurab Adeişvili, Qiqi Uqulava və Vano Merabişvili 7 noyabr aksiyasını dağıtmaq, “İmedi” TV-yə basqın və Mtatsminda parkını müsadirə etməklə səlahiyyətlərindən sui-istifadədə ittiham olunublar.