Noyabrın 1-dən iqtidar dörd ay ərzində əhalinin kommunal vergilərini ödəməyə başlayır

Noyabrın 1-dən dörd ay ərzində, kommunal vergilər dövlət tərəfindən ödəniləcək, – bu barədə bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria bugünki hökümət iclasında verdi.

Onun dediyinə görə, kimin belə yardıma ehtiyyacı yoxdur, ərizə əsasında ondan imtina edə bilər.

“İqtidarın anti-krizis planının üçüncü dalğasını elan etdik. Bu necə biznesi, eləcədə sosiyal yardımları əhatə edir. Noyabrın birindən, bütün qış ərzində vətəndaşlarımızın kommunal vergiləri ödəniləcək. Bu müddət noyabrddan dörd ay davam edəcək. Yardım  300 kvt-a qədər elektrik enerji və 200 kubmetr təbii qaz xərcləyən bütün ailələrə toxunacaq. Buna su və təmizlik xidməti (zibil) də daxildir.

Bu onun misalıdır ki, gərəkdiyi halda, iqtidar əlindən gəldiyi qədər vətəndaşların yanında olmağa çalışır. Bu çox önəmlidir, ancaq bilirik ki, bir çox vətəndaşımızın belə bir yardıma ehtiyyacı yoxdur, onlar dövlətin bu yardımından imtina edə bilərlər” – dedi Qaxaria.