Cari ilin noyabrın birindən Gürcüstanın Administrativ Hüquqpozuntular Məcəlləsinə müvafiq olaraq, video-cərimələrin icrasının yeni qaydası qüvvəyə minəcək.
Daxili İşlər Nazirliyində bəyan edirlər ki, 2017-ci ildə bütün ölkə miqyasında 3000-ə qədər “ağıllı” kamera montaj ediləcək.
Daxili İşlər Nazirliyinin əməliyyatlar mərkəzində tətbiq edilən xüsusi video-analitik proqramlarla, müxtəlif administrativ hüquqpozuntularının avtomatik rejimdə aşkarlanması həyata keçiriləcək.
Yeni qayda haqqında detallı məlumat www.police.ge veb-səhifəsində verilir.