Noyabr ayından Gürcüstanda benzin stansiyalarında genişmiqyaslı yoxlanış başlayacaq

Yanacaq keyfiyyətinin nəzarəti məqsədi ilə, bütün ölkə miqyasında 80 benzin doldurma stansiyalarında ilkin tapşırıqsız yoxlanış keçiriləcək.

Bu barədə bəyanatı media-holdinq “Kvira”-nın presklubunda keçirilən mətbuat konfransında Ətraf Mühitin Qorunmasınını nəzarət departamentinin rəhbərinin müavini Neli Korkotadze verdi.

“Havanın kirlənməsi ilə bağlı ictimaiyyətdə fikir yaranıb ki, atmosferdə havanın çirklənməsinə avtomobil yanacağı səbəb olur. Ona görə də, ölkədə istifadə edilən yanacağın nəzarəti periodik şəkildə keçiriləcək” – dedi Korkotadze.

Onun dediyinə görə, bütün ölkə miqyasındaki yoxlanışdan sonra, 80 yaxın benzin yanacaq stansiyası yoxlanılacaq və 240 benzin növü laboratoriyaya aparılacaq.

Götürülən benzin nümunələrinin laboratoriya yoxlanışını tenderdə qalib gələn şirkət həyata keçirəcək.

Gərəkən meyarlara uymayan benzindən istifadə edən stansiya 8 min lari ilə cərimələnəcək.

Cari ildə ilk nəzarət çərçivəsində, 10 stansiya yoxlandı.