Norveç keçən il heç bir Gürcüstan vətəndaşına sığınacaq vermədi

Keçən il Norveçdən 37 Gürcüstan vətəndaşı sığınacaq istədi.

Müraciətlərin maksimal sayı iyul ayında qeyd olundu (11).

Bununla yanaşı, ölkənin imiqrasiya xidmətinin göstəricilərinə əsasən, müzakirə olunan 35 ərizədən heç biri qəbul edilmədi.

Onlardan 31-nə mənfi cavab verildi.

Digər iki müraciəti isə, vətəndaşların özləri geri çəkdilər.

2018-ci ilin yanvar ayının statistikası da artıq məlumdur.

Bu il də, iki yeni müraciət və rədd edilən dörd tələb qeyd olundu.