Nodar Meladze - Paata Salia qərar verdi və Kibar Xalvaşinin tapşırığlı ilə maaşımı dondurdu
“Məni işdən azad etmək üçün intensiv olaraq, səbəb axtarırdılar, ancaq səbəb tapa bilmədilər” – bu barədə bəyanatı “Rustavi-2” kanalının mətbuat xidmətinin rəhbəri Nodar Meladze verdi.
Meladzenin dediyinə görə, onun rəhbərlik etdiy- dövrdə “Kuryer” reytinqinin tarixi zirvəsində idi.
“Məhz mənim rəhbərlik etdiyim müddətdə ictimaiyyətin bəyəndiyi və etibar etdiyi reytinqli xəbər yayımlanırdı” – dedi Meladze.
Meladze bəyan etdi ki, brifinqdən bir neçə dəqiqə öncə, Paata Salia ona dedi ki, Kibar Xalvaşinin qərarı ilə işdən azad edildi.
Meladzenin dediyinə görə, bir neçə gün bundan öncə, Bidzina İvanişvilinin yaxın nümayəndəsi ona, kanalın mətbuat xidmətinin rəhbərliyini davam etməyi, ancaq onunla komunikasiyada olmağı təklif etdi. Yəni təklifə əsasən, kanalda bir növ tənqid qalacaqdı, ancaq dozası və dərəcəsi biraz düşməli idi. Meladze bəyan edir ki, o təklifdən imtina etdiyi üçün maaşı donduruldu.
“Mənim həyatımda hakimiyyət kanalında işdədiyim müddət də oldu və elə bir keçmişə qayıtmağı düşünmürəm. Medya hər zaman hakimiyyətə qarşı tənqidli olmalıdır” – dedi Meladze.