Nino Totoğaşvili - Uşaqlarda beyin tümörünün böyüməsi mobil telefonlardan və kompyuterdən uzunmüddətli istifadə ilə bağlıdır
Nino Totoğaşvili - Uşaqlarda beyin tümörünün böyüməsi mobil telefonlardan və kompyuterdən uzunmüddətli istifadə ilə bağlıdır

Beyin tümörünün inkişaf riski uşaqlarda üç hissəyə bölünür – hamiləlik öncəsi periodu, hamiləlik və ondan sonraki period, – bu mövzuda məlumatı İaşvili adına uşaq klinikasının onko-hematoloqu Nino Totoğaşvili, birinci kanalın “Aktual mövzu” adlı verlişində qonaq olarkən verdi.

“Hamiləlik və hamiləlikdən sonraki period sağlam həyat tərzi ilə bağlıdır. Alkohol, narkotik maddələri, və tütün istifadəsi və həmçinin, ekoloji baxımdan təmiz olmayan məhsulların istifadəsi, ana bətnində mutasiyanın baş verməsi üçün böyük riskfaktorlardır” – dedi Totoğaşvili.

Totoğaşvili qeyd etdi ki, doğum sonrasındaki risk faktorları da əsasən ekoloji mühit ilə bağlıdır.

“Uşaqlara zərərli super-market məhsulları yerinə, evdə hazırlanan tərəvəz supu verilsə daha yaxşıdır, ancaq bunu edən valideynlər çox azdır – dedi onkohematoloq.

Onko-hematoloqun dediyinə görə, mobil telefonlardan və kompyuterdən uzun müddətli istifadə də böyük risk faktorlar arasındadır.

“Təəsüf ki, tibb sahəsində artıq məlum oldu ki, uşaqlarda beyin tümörünün inkişafı mobil telefonlarla və kompyuterlə çoxt vaxt keçirməklə bağlıdır”, – dedi Totoşağvili.