Nino Qiorqobiani - baş nazirin peyvəndləmə ilə bağlı bəyanatına dair tamamilə əsassız spekulyasiyalar başladı, çünki bəyanat yaşıl pasportların ləğvi kontekstində verilib
Nino Qiorqobiani - baş nazirin peyvəndləmə ilə bağlı bəyanatına dair tamamilə əsassız spekulyasiyalar başladı, çünki bəyanat yaşıl pasportların ləğvi kontekstində verilib

 

Baş nazirin peyvəndləmə ilə bağlı bəyanatına dair tamamilə mənasız və əsassız spekulyasiyalar başladı, bəyanat kontekstdən çıxarılıb – bu barədə Gürcüstan Hökumət Administrasiyasının Strateji Kommunikasiyalar Departamentinin rəhbəri Nino Qiorqobiani “Facebook”-da yazır.

“Konkret olaraq, baş nazir qeyd etdi ki, peyvənd virusun insana yoluxmasından qoruyan deyil, onun fəsadlarının qarşısını almaq üçün vasitədir və “Pfizer” ilə tam peyvənd olunduğu üçün “Omicron”-u necə asanlıqla keçirdiyinə dair özündən nümunə çəkdi.

Bu bəyanat yaşıl pasportların ləğvi kontekstində verilib, çünki yeni reallığı nəzərə alaraq, peyvəndin insanın “Omicron”-a yoluxmamasına zəmanət vermədiyi üçün, yaşıl pasportların fəaliyyəti mənasını itirir.

Paralel olaraq, bildiyiniz kimi, peyvəndləməni təşviq edən kampaniyalar davam edir və dövlət risk qruplarında peyvəndləməni maksimal şəkildə təşviq edir, əsasən də 50 yaşdan yuxarı insanlar peyvənd olunacaqları zaman 200 lari, dırnaq arası qüvvətləndirici dozanı qəbul edəcəkləri təqdirdə isə əlavə olaraq 100 lari alırlar.

Bundan başqa, baş nazir iki dəfə peyvənd olunub və xatırlatmaq istərdim ki, məhz onun baş nazirliyi dövründə ölkəyə milyonlarla doza müxtəlif peyvəndlər gətirilib “-deyə Nino Qiorqobiani sosial şəbəkədə yazır.