Nino Lomjaria - Polisin "Tbilisi Pride " tədbirinin iştirakçılarının təhlükəsizliyini təmin etməsi qeyd etməyə layiqdir, ümid edirəm planlaşdırılan tədbirlərə yönəlik bu eyni şəkildə davam edəcək
Xalq müdafiəçisi Nino Lomjarianın sözlərinə görə, polisin “Tbilisi Pride ” tədbirinin iştirakçılarının təhlükəsizliyini təmin etməsi alqışlanasıdır.
Lomjaria ümid edir ki, polis, həftəlik ərzində planlaşdırılan digər tədbirlər, xüsusilə də yürüş ilə əlaqədar yenidən yüksək məsuliyyət göstərəcək.
“İlk növbədə, nifrət qruplarının aqressiv davranması həqiqətən çox təəssüf doğurur, lakin polisin necə işləməsini alqışlayıram, bu qeyd etməyə layiqdir. Təmsilçilərim orada idilər və həqiqətən təsdiq edə bilərəm ki, bu halda polis tədbir iştirakçılarının təhlükəsizliyini təmin etdi.
Ümid edirəm ki, planlaşdırılan tədbirlərə yönəlik , xüsusilə də risklərin çox olduğu Qürur Yürüşü ilə əlaqədar eyni şəkildə davam edəcəklər. Ümid edirəm ki, polis bir daha yüksək məsuliyyət göstərəcək və bu tədbiri təhlükəsiz şəraitdə keçirə biləcəyik “-deyə Nino Lomjaria qeyd edib.
“Tbilisi Pride” həftəliyi dünən başladı. İlk tədbir diplomatik korpus nümayəndələrinin də qatıldığı filmin nümayişi ilə baş tutdu. Pride-ın əleyhdarları filmin nümayiş olunduğu əraziyə toplaşmışdılar. Ərazidə vəziyyət bir neçə dəfə gərginləşdi. Hüquq-mühafizə orqanlarının işçiləri ilə pride əleyhdarları arasındakı baş verən qarşıdurma zamanı polis 20 nəfəri həbs etdi.