Nino Burcanadze - İstər dostum olsun, istər düşmanım, kim hesab edirsə ki, müxalifət birtəhər parlamentə daxil olmalıdır, bunu qəbul etmərik

Qərbli partnyorlarımız yaxşı bilirlər ki, Nika Melia həbsdəykən və siyasi məhbuslar azad olmadan, iqtidarla razılığa nail olunmayacaq. İstər dostum olsun, istər düşmanım, kim hesab edirsə ki, müxalifət birtəhər parlamentə daxil olmalıdır, bunu qəbul etmərik, – bu bəyanatı ” Vahid Gürcüstanın” lideri Nino Burcanadze müxalifət partiyalarının nümayəndələrinin görüşündən sonra verdi.

“Ölkə Bidzina İvanişvilinin bostanına çevrilib. Əhalinin bir hissəsi onun bostanında otlayacaq, digər hissəsi isə, bunu qəbul etməyəcək. Mən ölkəmdən getməyi düşünmürəm. Mən burada yaşayıb, burada ölməliyəm. Ona görə də, ölkəmin Bidzina İvanişvilinin bostanı olmasına imkan verməyəcəyik. Bizi istər dostumuz, istər düşmanımız tənqid etsin”, – dedi Nino Burcanadze.